Ukrayna Danimarkadan uzaqmənzilli silahlar alacaq

Dünya

19.11.2024 21:54

Ukrayna Danimarkadan hərbi yardım paketi çərçivəsində uzaqmənzilli silahlar alacaq.

 

TodayPress xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

 

"Bu gün Danimarkadan yeni bir dəstək paketi var və bu paket, ilk növbədə, dövlətimizin çox ehtiyac duyduğu uzaqmənzilli imkanlardır" deyə o bildirib.


Qeyd edək ki, Zelenski Danimarkanın baş naziri Mette Frederiksen ilə danışıqlardan sonra Danimarkadan uzaqmənzilli silahlar aldığını açıqlayıb.

tag: Ukrayna, Danimarka, Silah, Rusiya, Zelenski, Prezident, todaypress.az,