Ukrayna daha iki ölkə ilə təhlükəsizlik sazişi imzaladı

Dünya

27.06.2024 17:43

Ukrayna Estoniya və Latviya ilə ikitərəfli təhlükəsizlik sazişləri imzalayıb. 

TodayPress Ukrayna KİV-ə istinadən xəbər verir ki, sazişləri Ukrayna prezidenti Volodimir Zelenski, Litva prezidenti Gitanas Nauseda və Estoniyanın Baş naziri Kaja Kallas imzalayıb.  

Müqavilələrin şərtləri ilə bağlı təfərrüatlar verilmir. 

Qeyd edək ki, bu günə qədər ABŞ, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Fransa, Yaponiya, Latviya və Kanada Ukrayna ilə təhlükəsizlik zəmanətləri haqqında sazişlər imzalayıb.

Günəş Mərd

tag: Ukrayna, Estoniya, Latviya, Saziş, KİV, todaypress.az,