Ukrayna Dağıstana hücuma cəhd etdi

Dünya

03.02.2025 14:05

Fevralın 3-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Dağıstana hücuma cəhd edib. 

TodayPress xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Melikov "Telegram" kanalında məlumat verib.

“Bu səhər Kaspiyskdəki obyektlərin üzərində pilotsuz uçuş aparatları görünüb. Onları zərərsizləşdirmək üçün bütün lazımi tədbirlər görülür" deyə o yazıb.

Melikovun sözlərinə görə, hücum cəhdi nəticəsində hələlik dağıntı və tələfatın olması barədə məlumat yoxdur.

Töhfə Səməd

tag: Ukrayna ,Silahlı Qüvvələr,Dağıstan,Hücum,Sergey Melikov,todaypress.az,