Ukrayna cəbhədə robot itlərdən istifadə etməyə başladı
Dünya
09.08.2024 17:40
Ukrayna Silahlı Qüvvələri cəbhədə robot itlərdən istifadə etməyə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.
Agentliyin məlumatına görə, bu cür robotlar cəbhədə təhlükəli tapşırıqları yerinə yetirərkən, minaların aşkarlanması və ya kəşfiyyat zamanı insanları əvəz edə bilər.
Robot itin hərbçi ilə müqayisədə üstünlükləri var. Belə ki, o, daha az nəzərə çarpır və yüksək manevr qabiliyyətinə malikdir.
Robot it iki saat işləmək üçün nəzərdə tutulmuş akkumulyatorla təchiz edilib. Cihazın yaddaşında saxlanılan məlumatlar uzaqdan məhv edilə bilər.
Töhfə Səməd
tag: Ukrayna, Robot İt, Silahlı Qüvvələr,Cəbhə, Cihaz, todaypress.az,