Ukrayna Braziliyanı Putini həbs etməyə çağırdı
Dünya
15.10.2024 03:28
Ukrayna Braziliyanı Rusiya prezidenti Vladimir Putinin
G20 sammitinə qatılacağı təqdirdə onu həbs etməyə çağırır.
TodayPress xəbər verir ki, bu barədə
“Reuters” Ukrayna hakimiyyətinə istinadən yazıb.
Ukraynanın baş prokuroru Andrey Kostinin Putinin gələn
ay keçiriləcək sammitdə iştirak edə biləcəyinə dair kəşfiyyat məlumatı aldığını
söylədiyi deyilib.
“Putinin Braziliyada keçiriləcək G20 sammitində iştirak edə biləcəyi ilə bağlı məlumatla əlaqədar bir daha qeyd etmək istərdim ki, Roma Əsasnaməsinin iştirakçısı olan Braziliya hakimiyyəti o gəlməyə cəsarət edərsə, onu həbs etməyə borcludur” deyə Kostin bildirib.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri
Peskov bildirmişdi ki, Putin G20 sammitinə gedib-getməmək barədə hələ qərar
verməyib.
Keçən ilin dekabrında Braziliya prezidenti Selso
Amorim bildirib ki, Cənubi Amerika ölkəsi Vladimir Putinin 2024-cü ildə
Rio-de-Janeyroda keçiriləcək G20 sammitində iştirak etməsini istəyib.
O qeyd edib ki,
Braziliya təşkilata sədr kimi bütün liderləri sammitdə qəbul edəcək.
Oktyabrın 10-da Ukrayna Xarici İşlər Nazirliyi Roma
Əsasnaməsini imzalamayan Aşqabadı Vladimir Putini Türkmənistana səfəri zamanı
“həbs etməyə” çağırıb.
Aynur TAC
tag: Braziliya, Rusiya, Ukrayna, Peskov, Putin,todaypress.az,