“Ukrayna böhranı bir gecədə həll edilə bilməz”

Dünya

08.08.2024 10:21

Ukraynadakı böhranı bir gecədə həll etmək mümkün deyil. 

TodayPress xəbər verir ki, bunu Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui deyib.

Diplomat vurğulayıb ki, mürəkkəb problemlərin sadə həlli yoxdur və Ukrayna böhranı da onlardan biridir.

Li Hui əlavə edib ki, Çin gərginliyi azaltmağa və danışıqlara kömək edəcək işlər görməyə hazırdır.

Qeyd edək ki, 2023-cü il fevralın 24-də Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planını təqdim edib. Sənəddə vurğulanır ki, münaqişənin yeganə həlli dialoqdur.

Günəş Mərd

tag: Ukrayna, Çin, Li Hui, Xarici İşlər Nazirliyi, Avrasiya, todaypress.az,