Ukrayna Belqorodu atəşə tutdu: Ölənlər var

Dünya

15.06.2024 09:57

1283

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov son sutkada regionun atəşə tutulması nəticəsində yeddi mülki sakinin öldüyünü deyib.

TodayPress xəbər verir ki, bu barədə vilayət başçısı teleqramda bildirib. Daha 10 nəfərin yaralandığını, 3-nün xəstəxanaya yerləşdirildiyini qeyd edib.

Xatırladaq ki, mayın sonuna olan məlumata əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Rusiyada 238 mülki şəxs həlak olub, itkilərin əksəriyyəti Belqorod vilayətində olub.

tag: Ukrayna, Belqorod, Yaralı, Atəş, Rusiya, todaypress.az,