Ukrayna Avstraliyadan zirehli maşınlar istədi
Dünya
10.09.2024 15:35
Ukrayna Avstraliyadan zirehli maşınlar istəyib.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsində yazıb.
Sibiqa bu xahişi avstraliyalı həmkarı Penni Vonqla telefon danışığı zamanı edib.
Diplomat Avstraliyaya “Bushmasters” zirehli maşınlarının tədarükünə görə təşəkkür edib və əlavə edib ki, bu texnika döyüşdə effektivdir.
"Biz bu və digər zirehli texnikalar üzrə əməkdaşlığımızı genişləndirmək niyyətindəyik" deyə Ukrayna XİN rəhbəri vurğulayıb.
Günəş Mərd
tag: Avstraliya ,Ukrayna, Bushmasters ,Penni Vonq, Zirehli texnikalar ,todaypress.az,