Ukrayna Avstraliyadan əlavə zirehli texnika tələb etdi

Dünya

18.12.2024 18:14

1284

Ukrayna tərəfi cəbhədəki çətin vəziyyət fonunda Avstraliyadan əlavə zirehli texnika istəyib. 

TodayPress “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa bildirib.

Ukrayna xarici işlər nazirinin sözlərinə görə, Ukrayna tərəfi Avstraliya Müdafiə Qüvvələrində xidmətdə olan hərbi texnikanın istismardan çıxarılması zamanı onun ehtiyaclarını nəzərə almağı xahiş edib.    

Günəş Mərd

tag: Ukrayna ,Andrey, Zirehli, Texnika, todaypress.az,