Ukrayna Avstraliyadan 49 ədəd “Abrams” tankı alacaq

Dünya

17.10.2024 02:37

1171

Avstraliya 245 milyon dollarlıq yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya 49 ədəd “Abrams” tankı verəcək.

TodayPress xəbər verir ki, bu barədə “ABC news” məlumat yayıb.

Avstraliyanın müdafiə naziri Pet Konroy tankların təhvil verilməsini Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclasında rəsmi şəkildə elan etməlidir.

tag: Avstraliya, Ukrayna, Rusiya, Pet Konroy, todaypress.az,