Ukrayna Avropa standartına uyğunlaşır
Ukrayna 220 voltluq gərginlikdə olan elektrik enerjisindən imtina edərək Avropa standartlarına keçməyə qərar verib.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın Milli Enerji Komissiyası məlumat yayıb.
Bildirilib ki, Avropada elektrik enerjisinin gərginliyi 230/400 volt nominaldır.
Rəsmilər bu keçidin elektrik enerjisinin keyfiyyətini artıracağını və enerji səmərəliliyinə töhfə verəcəyini bildirirlər.
Qeyd edək ki, Avropada və Rusiyada artıq bu standartlar tətbiq olunur.
Türkan İsgəndərli
tag: Ukrayna,Avropa,Volt,Enerji,Todaypress.az,