Ukrayna “ATACMS” raketlərini təhvil aldı
Dünya
11.09.2024 14:58
ABŞ, artıq Ukraynaya yüzdən çox uzaqmənzilli Ordu Taktiki Raket Sistemi (ATACMS) idxal edib ki, onların əksəriyyəti hərbi hədəflərə hücum etmək üçün istifadə olunur.
TodayPress xəbər verir ki, bu barədə “CNN” Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
“Raketlər Kiyevə təhvil verilib və Ukrayna onların bir neçəsindən artıq istifadə edib” deyə bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Cozef Bayden Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbə endirmək icazəsinin Ukraynaya verilməsindən danışıb. O, bildirib ki, bu məsələ ölkənin ən yüksək siyasi dairələrində fəal müzakirə olunur.
Töhfə Səməd
tag: Ukrayna ,ATACMS ,Amerika ,ABŞ ,Bayden ,Zərbə, todaypress.az,