Ukrayna Aİ və G7-dən 50 milyard dollar alacaq

Dünya

28.10.2024 14:40

Ukrayna Avropa İttifaqı (Aİ) və G7-dən 50 milyard dollar maliyyə vəsaiti alacaq. 

TodayPress xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər nəzərdə tutulmuş vəsaitin Ukraynaya verilməsinə başlanılacaq. 

“Bu vəsait yaxın gələcəkdə bizim maliyyə sabitliyimizin əsasına çevriləcək” deyə o, əlavə edib.  

Günəş Mərd

tag: Ukrayna, Aİ, Baş Nazir, Denis Şmıqal, Vəsait, todaypress.az,