Ukrayna Aİ ilə 35 milyardlıq kredit müqaviləsi imzaladı
Dünya
04.12.2024 14:42
Ukraynanın maliyyə naziri Sergey Marçenko Avropa İttifaqı ilə Kiyevə 35 milyard avroya qədər makromaliyyə yardımı ayıracaq kredit sazişi imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
“Vəsaitlər G7 ölkələrinin təşəbbüsünün bir hissəsidir. Kreditin məbləği təşəbbüsün bütün tərəfləri tərəfindən təsdiq edildikdən sonra müəyyən ediləcək” deyə məlumatda qeyd olunub.
Departament əlavə edib ki, Ukrayna tərəfi krediti Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ödəməyi planlaşdırır.
Günəş Mərd
tag: Departament,Ukrayna, Avropa, Kiyev, todaypress.az,