Ukrayna ABŞ-yə Rusiyadakı hədəflərinin siyahısını təqdim edəcək

Dünya

27.08.2024 15:03

1408

Ukrayna hakimiyyəti ABŞ-nin yüksək vəzifəli milli təhlükəsizlik rəsmilərinə Vaşinqtonun Amerika silahlarının tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldıracağı təqdirdə Ukrayna Silahlı Qüvvələrinin Rusiyada vura biləcəyi uzaqmənzilli hədəflərin siyahısını təqdim etməyə hazırlaşır.

TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr qeyd edir ki, Ukrayna əvvəllər Rusiyadakı bəzi potensial hədəflərini ABŞ-yə təqdim etsə də, budəfəki siyahının daha konkret olacağı gözlənilir. 

“Birləşmiş Ştatlar aylardır iddia edir ki, məhdudiyyətlərin götürülməsi müharibədə heç bir strateji fərq yaratmayacaq. Lakin Kiyev ABŞ-nin təqdim etdiyi raketlərlə nail ola biləcəyi bir neçə vacib hədəfi müəyyən edib” nəşrin məlumatında qeyd olunub. 

Xatırladaq ki, avqustun 26-da Zelenski Ukrayna üçün silahların çeşidində heç bir məhdudiyyətin qoyulmamalı olduğunu bildirib. 

Günəş Mərd

tag: Ukrayna, Rusiya, Zelenski, ABŞ, Silahlar, todaypress.az,