Ukrayna ABŞ-yə güzəştə gedəcək?
Dünya
04.02.2025 19:30
“Ukrayna hakimiyyətinin nadir torpaq metallarını ABŞ-yə güzəştə getməyə hazır olması ölkənin suverenliyini tamamilə itirməsi deməkdir”.
TodayPress xəbər verir ki, bu fikri Krımdan olan deputat Yuri Nesterenko səsləndirib.
O, bu barədə “RIA Novosti”yə müsahibəsində danışıb.
“Ukrayna hakimiyyətinin Vaşinqtonun istənilən tələbini yerinə yetirməyə hazır olması suverenlikdən və müstəqil subyekt olmaqdan imtina kimi görünür” deyə Nesterenko bildirib.
Siyasətçi qeyd edib ki, Kiyev hakimiyyəti nadir torpaq metallarını hərbi yardıma dəyişməyə çalışarkən bir neçə vacib amili nəzərə almayıb.
“Birincisi, əksər təbii ehtiyatlar artıq Ukraynanın nəzarətində olmayan ərazilərdə yerləşir. İkincisi, resursların silah müqabilində ötürülməsi ilə bağlı müzakirələr münaqişənin sülh yolu ilə həllinə töhfə vermir, əksinə, buna mane olur” deyə o əlavə edib.
Qiymət Mahir
tag: Ukrayna,ABŞ,Nesterenko,Kiyev,todaypress.az,