Ukrayna ABŞ-dan ilk 100 milyonluq qaz aldı

Dünya

28.12.2024 04:44

Ukrayna ABŞ-dan təxminən 100 milyon kubmetr həcmində mayeləşdirilmiş təbii qazın  ilk partiyasını alıb.

TodayPress xəbər verir ki, bu barədə Ukraynanın enerji holdinqi “DTEK” bildirib.

Bildirilib ki, bu çatdırılma Ukraynanın enerji təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və Rusiya qazının ölkə ərazisindən tranzitinin başa çatmasına bir neçə gün qalmış baş tutub.

Ukrayna 2022-ci ilin fevralında qaz və neft tranziti istisna olmaqla, Rusiya ilə bütün ticarətə qadağa qoyub. “Naftoqaz” və “Qazprom” arasında tranzit müqaviləsi 2019-cu ilin sonunda beş il müddətinə imzalanıb. Rusiya qazı Ukrayna ərazisindən keçməklə Avropa ölkələrinə çatdırılacaq. 2024-cü ilin noyabrında, Ukrayna mətbuatının yazdığına görə, Naftogaz dekabrda tranzit üçün Qazpromdan 70 milyon dollara yaxın son tranşı alıb.

Aynur TAC

 

tag: Ukrayna, ABŞ, Qaz, Qazprom, todaypress.az,