Ukrayna 84 PUA buraxdı
Dünya
19.12.2024 09:57
Dekabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 regionu üzrə 84 pilotsuz uçuş aparatını (PUA) havaya buraxıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün “Telegram” kanalında məlumat yayıb.
36 PUA Rostov vilayəti üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib. Daha 21-i Bryansk, 14-ü Belqorod, 6-sı isə Voronej vilayəti üzərində vurulub.
Dron hücumları ilə bağlı başqa təfərrüatlar verilməyib.
Töhfə Səməd
tag: Belqorod ,Ukrayna, Ruysiya, PUA, todaypress.az,