Ukrayna 60 mindən çox əsgərini itirdi

Dünya

01.08.2024 09:44

İyul ayında Ukrayna hərbi əməliyyatlarda 60 mindən çox əsgərini itirib.

TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Ukraynanın gündəlik itkiləri orta hesabla 2000 nəfərə yaxındır. Ən çox itkilər Rusiyanın Cənub və Qərb döyüş qruplarının məsuliyyət daşıdığı ərazilərdə baş verir.

Bu arada, Kursk vilayəti üzərində Ukraynaya məxsus 11 pilotsuz uçuş aparatı (PUA) məhv edilib. PUA-lardan birinin partlaması nəticəsində 1 nəfər yaralanıb. 

Töhfə Səməd

tag: Ukrayna, Hərbi Əməliyyatlar, Rusiya, PUA, Kursk, todaypress.az,