Ukrayna 5 ölkədən elektrik enerjisi idxalını tələb etdi
Ukrayna 5 qonşu ölkədən 13,4 min meqavat-saatdan çox elektrik enerjisi idxalını tələb edib.
TodayPress xəbər verir ki, bu barədə “Ukrenergo” enerji şirkəti öz Telegram kanalında məlumat yayıb.
Şirkət bildirir ki, idxal Polşa, Rumıniya, Slovakiya, Macarıstan və Moldovadan 24 saat ərzində həyata keçiriləcək. Ayrı-ayrı saatlarda maksimal hasilat 1098 meqavat-saata qədər olacaq.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hazırda Lvov vilayətində 481 min abonent işıqsız qalıb, regionun istehlakçılarının yarısı isə Ternopol vilayətindədir.
Töhfə Səməd
tag: Ukrayna,Slovakiya, Elektrik, Enerji, todaypress.az,