Ukrayna 41 milyard dollar birbaşa büdcə dəstəyi aldı
Dünya
24.12.2024 18:20
2024-cü ilin sonunda Ukrayna beynəlxalq tərəfdaşlardan 41 milyard dollar birbaşa büdcə dəstəyi alıb.
TodayPress xəbər verir ki, bu barədə ölkənin baş naziri Denis Şmıqal öz “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, Avropa İttifaqı tərəfindən ölkənin modernləşdirilməsi, yenidən qurulması və müharibədən sonrakı bərpasını təmin etmək üçün nəzərdə tutulmuş "Ukrayna Facility" proqramı çərçivəsində 16 milyard avrodan çox vəsait ayrılıb.
Ölkə Beynəlxalq Valyuta Fondundan (BVF) 5,4 milyard dollar alıb və növbəti tranş bir gün əvvəl Ukraynaya köçürülüb.
Şmıqal vurğulayıb ki, Ukrayna ili maliyyə sabitliyi şəraitində başa vurur. Birbaşa büdcə dəstəyinin gözlənilən azalması dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə kompensasiya ediləcək və bu, ölkənin ehtiyaclarına axmağa başlayacaq.
Günəş Mərd
tag: Ukrayna, Milyard ,Dollar ,Yardım ,todaypress.az,