Ukrayna 30 min PUA istehsal etməyi planlaşdırır
Dünya
03.01.2025 17:43
“Ukrayna prezidenti Volodimir Zelenski 30 min uzaqmənzilli pilotsuz uçuş aparatının istehsalına dair göstəriş verib”.
TodayPress “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.
Şmıqalın sözlərinə görə, Ukraynanın müdafiə-sənaye kompleksinin müəssisələri istehsal gücünü 30 milyard dollara çatdırmağı planlaşdırır.
O əlavə edib ki, “Qələbə silahları” layihəsi çərçivəsində hökumət istehsalçılarla 3-5 il müddətinə uzunmüddətli müqavilələr bağlamağa başlayacaq.
"Uzaq mənzilli komponentə və raket proqramına xüsusi diqqət yetirəcəyik. Ukrayna prezidentinin tapşırığı ən azı 30 min uzaq mənzilli pilotsuz uçan aparat istehsal etməkdir. Ukrayna müəssisələri həmçinin 3 minə yaxın qanadlı raket və raket-dron istehsal etməyi planlaşdırır" o, qeyd edib.
Günəş Mərd
tag: Ukrayna ,PUA ,Kompleks, Mənzil ,todaypress.az,