Ukrayna 102 rus hərbçisini əsir götürdü

Dünya

15.08.2024 15:08

Kursk vilayətində Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları 102 rusiyalı hərbçini əsir götürüb. 

TodayPress xəbər verir ki, bu barədə “Unian.net” məlumat yayıb. 

Bildirilib ki, Ukrayna və Rusiya Federasiyasının nümayəndələri  Kursk vilayətində hərbi əsirlərin mübadiləsinə dair danışıqlara başlayacaq. Ukrayna hərbi kəşfiyyatı yayılan məlumatları təsdiqləyib. Əsir düşənlər arasında gənc çağırışçılar çoxluq təşkil edir. 

Bu arada Rusiya ordusu Donetsk istiqamətində İvanovka kəndini nəzarətə götürüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Əlavə edilib ki, əməliyyat zamanı Ukraynaya məxsus xeyli sayda zirehli texnika məhv edilib.

Töhfə Səməd

tag: Rusiya, Ukrayna, Kursk, Donetsk, Müdafiə Nazirliyi, todaypress.az,