Ukrayna 1 milyondan çox dron istehsal etməyi planlaşdırır

Dünya

10.09.2024 19:01

Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, Kiyev bu il silah istehsalını artırıb və ölkə bu istiqamətdə irəliləyir. 

TodayPress xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

“2024-cü ilin ilk səkkiz ayında biz 2023-cü illə müqayisədə silah istehsalını iki dəfə artırdıq. Biz irəli gedirik. Dronların istehsalı artmaqda davam edir” deyə o, bildirib.

Şmıqal qeyd edib ki, ilin sonuna qədər Ukrayna bir milyondan çox dron istehsal etməyi planlaşdırır.

Töhfə Səməd

tag: Ukrayna ,Baş Nazir, İnsanlar ,Dron ,todaypress.az,