Ukrayna 1 milyondan çox dron istehsal etməyi planlaşdırır

Dünya

11.09.2024 15:08

“Ukrayna Silahlı Qüvvələrinin yeni 154-cü briqadası yalnız köhnəlmiş silahlarla təchiz olunub”.

TodayPress xəbər verir ki, bunu hərbi analitik Devid Eks “Forbes” jurnalı üçün yazdığı məqalədə bildirib. 

“154-cü mexanikləşdirilmiş briqada əsasən köhnə və yüngül zirehli maşınlarla silahlanıb. Ukrayna ordusunun yeni briqadalarının zəif silahlanması Ukrayna Silahlı Qüvvələri üçün ciddi problemə çevrilə bilər, çünki rotasiya zamanı daha yaxşı təchiz olunmuş bölmələr cəbhədən çıxarılacaq”.

Analitikin fikrincə, əgər 154-cü mexanikləşdirilmiş briqadada həqiqətən “T-62” tanklarından istifadə edilirsə, bu, əsasən “T-64” və “T-72” tanklarının kifayət qədər müasir versiyalarından, “Challenger 2”, “M1 Abrams”, “Leopard 1” və “Leopard 2” istifadə edən ordu üçün narahatedici bir əlamətdir.

Töhfə Səməd

tag: Ukrayna ,Tanklar, Briqada, T-64, T-72, M1 Abrams, todaypress.az,