Uitkoff Moskvaya getdi
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun ola biləcəyi təxmin edilən "Bombardier Global 7500" tipli biznes təyyarəsi Rusiyanın paytaxtı Moskvada yerləşən Vnukovo hava limanına enib.
TodayPress xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Məlumata görə, təyyarə birbaşa Mayamidən uçub.
Uçuşa dair məlumatlar "Flightradar24" izləmə xidmətində də əks olunub.
Lakin ABŞ və Rusiya tərəfi bu barədə hələlik rəsmi açıqlama verməyib.
Türkan İsgəndərli
tag: Steve Uitkoff,Rusiya,ABŞ,Səfər,todaypress.az,