Uitkoff: “ABŞ İranla müharibəyə başlaya bilər”

Dünya

24.03.2025 10:20

2534

“ABŞ İrana qarşı hərbi əməliyyatlara başlaya bilər”. 

TodayPress xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News”ə müsahibəsində bəyan edib.

O bildirib ki, bu yalnız müəyyən şəraitdə mümkün olacaq. Vaşinqton hər problemi hərbi yolla həll etməyə çalışmır, lakin müəyyən hədd keçilərsə, ABŞ müharibəyə başlamaqdan çəkinməyəcək.

“ABŞ prezidenti Donald Trampın mövqeyi İranın nüvə silahına sahib olmamasını təmin etməkdir. Biz İranın nüvə arsenalı yaratmasına imkan verə bilmərik. Bu, baş verməməlidir” deyə Uitkoff vurğulayıb.

Qiymət Mahir

tag: ABŞ,İran,Donald Tramp, Stiven Uitkoff,todaypress.az,