Uels şahzadəsi xərçəng xəstəliyinə qalib gəldi

Dünya

15.01.2025 16:53

Uels şahzadəsi Keyt Midlton xərçəngdən müalicə aldığı xəstəxanaya baş çəkdikdən sonra remissiyada olduğunu açıqlayıb.

TodayPress xəbər verir ki, o, bu barədə öz "Instagram" səhifəsində paylaşım edib. 

Keçən il baş çəkdiyi xəstəxanada müalicə olunan şahzadə ziyarətindən sonra ürək sözlərini yazıb: 

"Yay fəsli yaxınlaşdıqca kimyaterapiya müalicəmi nəhayət başa vurmağın nə qədər məni xoşbəxt etdiyini sizə təsvir edə bilmərəm. Son doqquz ay  ailə olaraq bizim üçün inanılmaz dərəcədə çətin oldu. Xəstə olduğum müddətdə gördüyümüz qayğı əla idi. İndi mən diqqətimi sağlamlığıma yönəltmişəm. Xərçəng diaqnozu qoyulmuş hər kəs çox yaxşı bilir ki, yeni normal həyata uyğunlaşmaq üçün vaxt lazımdır. Amma mən gələn ili səbirsizliklə gözləyirəm. Dəstəyinizə görə hər kəsə təşəkkür edirəm". 

Xatırladaq ki, şahzadə keçən mart ayında əməliyyatdan sonra xərçəng xəstəliyinə tutulduğunu və profilaktik kimyaterapiyadan keçdiyini açıqlamışdı.

Töhfə Səməd

tag: Uels şahzadəsi,Keyt Midlton,Xərçəng,Xəstəlik,todaypress.az,