Uçuş zamanı üzərinə çay tökülən sərnişin aviaşirkətdən 1.5 milyon dollar tələb etdi

Dünya

10.07.2024 08:50

Məşhur hava yolları şirkəti “JetBlue”-nun reysində baş verən kiçik qəza, aviaşirkət üçün 1.5 milyon dollarlıq məhkəmə prosesinə çevrilib.

TodayPress xəbər verir ki, “JetBlue” sərnişinlərindən biri uçuş zamanı yaranan turbulentlik səbəbindən əlindəki çayın töküldüyünü və sözün əsl mənasında yandığını iddia edib. Sərnişinin sözlərinə görə, təyyarə gözlənilmədən silkələnib və qəfil hərəkətdən sonra sərnişinin əlindəki çay onun üzərinə tökülüb. O bildirib ki, bu ağrılı qəzadan sonra bədənində birinci dərəcəli ağır yanıq xəsarətləri əmələ gəlib. Adı açıqlanmayan sərnişin, “JetBlue”-ya qarşı 1.5 milyon dollar dəyərində təzminat iddiası qaldırıb.

“JetBlue”, məsələ ilə bağlı araşdırma başlatdığını və sərnişinlərin təhlükəsizliyinin hər zaman prioritet olduğunu açıqlayıb.

tag: JetBlue, Məhkəmə, Çay, Sərnişin, todaypress.az,