Üçüncü Dünya müharibəsinin xəritəsi göstərildi

Dünya

14.12.2024 16:58

Amerikanın həftəlik xəbər jurnalı “Newsweek” Üçüncü Dünya müharibəsinin xəritəsini göstərib.

TodayPress xəbər verir ki, nəşrin jurnalistləri Rusiya ilə Avropa arasında münaqişənin harada alovlana biləcəyi ilə bağlı öz ehtimallarını bölüşüblər.

Materialda göstərilib ki, Üçüncü Dünya müharibəsinin başlanmasına mümkün cəbhələrdən biri Finlandiya sərhəddində ola bilər. 

Bundan əlavə, məqalə müəllifləri hesab edirlər ki, Rusiya Suvalki dəhlizini ələ keçirməyə cəhd edə bilər. 

Məqalədə, eyni zamanda, Almaniyanın müdafiə naziri Boris Pistoriusun 2029-cu ilə qədər müharibəyə hazır olmaq çağırışı və İsveç müdafiə nazirinin “münaqişəyə mənəvi hazırlaşmaq” təklifi vurğulanıb.

Qeyd edək ki, daha əvvəl Helsinki Universitetinin professoru Tuomas Malinen NATO-nun baş katibi Mark Ruttenin bəyanatları ilə Avropanı Üçüncü Dünya müharibəsinə başlamağa təhrik etdiyini bildirmişdi.

Öz növbəsində, Latviyanın müdafiə nazirinin keçmiş müşaviri Olevs Nikers qeyd edib ki, hazırda dünya Üçüncü Dünya müharibəsi öncəsi son mərhələdədir.

Günəş Mərd

tag: Avropa ,Xəritə, Dünya, Müharibə, todaypress.az,