Üçüncü dünya müharibəsi riski artır

Dünya

31.10.2024 14:40

“Ukrayna münaqişəsi ilə bağlı dialoqun olmaması çox təhlükəlidir. Bu üçüncü dünya müharibəsi riski yaradır”. 

TodayPress “RİA”ya istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Dialoqun olmaması çox təhlükəlidir. Belə olan halda biz üçüncü dünya müharibəsinin baş vermə riski ilə üzləşirik. Bunu hətta Ukraynadakı döyüşlərlə bağlı son hesabatlardan da görmək olar ki, vəziyyət getdikcə qəlizləşir” deyə o, əlavə edib. 

Onun sözlərinə görə, daha da gərginləşmənin qarşısını almaq üçün dialoqun bərpası zəruridir.

Qeyd edək ki, bundan əvvəl Siyarto Qərb ölkələrinin liderlərinin Ukrayna ilə bağlı yanlış strategiya seçdiyi barədə fikir bildirmişdi.  

Günəş Mərd

tag: Macarıstan, Üçüncü Dünya Müharibəsi, Ukrayna, Qərb, todaypress.az,