Üçüncü dünya müharibəsi başlanacaq - Proqnoz

Dünya

18.11.2024 13:44

Hazırkı Amerika lideri Cozef Bayden ABŞ prezidentliyini tərk etməzdən əvvəl üçüncü dünya müharibəsinə başlaya bilər.

TodayPress xəbər verir ki, bunu Nyu-Cersi Ali Məhkəməsinin keçmiş hakimi Endryu Napolitano "X" sosial şəbəkəsində bildirib.

"Bayden Ağ Evi tərk etməzdən iki ay əvvəl III Dünya Müharibəsini başlaya bilər!" o, vurğulayıb.

Sabiq hakim əlavə edib ki, ATACMS raketləri ilə Rusiyanın dərinliklərinə zərbələrin endirilməsinə icazə verilməsi Moskva üçün “qırmızı xəttdir" və NATO-nun Ukraynadakı münaqişədə birbaşa iştirakı deməkdir.

Qeyd edək ki, bundan əvvəl Bayden ilk dəfə olaraq Ukraynanın Rusiya ərazisində uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə icazə verib. 

Günəş Mərd

tag: Müharibə, ATACMS, NATO, Ukrayna,Raket, todaypress.az,