Üç ölkə Suriyadakı vəziyyətlə bağlı razılığa gəldi
Dünya
07.12.2024 07:21
İraq, İran və Suriyanın xarici işlər
nazirləri Suriya məsələsinin sülh yolu ilə həllinə nail olmaq üçün regional və
beynəlxalq səylərin səfərbər edilməsinin zəruriliyi barədə razılığa gəliblər.
TodayPress-in məlumatına görə, bu barədə nazirlər
Fuad Hüseyn, Abbas Əraqçi və Bassam Sabbaqın Suriyada vəziyyətin pisləşməsi ilə
bağlı Bağdadda keçirilmiş üçtərəfli görüşdən sonra yaydıqları birgə bəyanatda
deyilir.
İraq Xarici İşlər Nazirliyinin dərc etdiyi mətndə qeyd
olunub ki, regionun, xüsusən də Suriyanın üzləşdiyi problemlərin sülh yolu ilə
həllinə nail olmaq üçün ərəb ölkələrinin, eləcə də regional və beynəlxalq
ölkələrin səylərini səfərbər etmək lazımdır.
tag: Suriya, İran,Razılıq,İraq, Sülh, todaypress.az,