Üç ölkə Rusiya ilə hüquqi əməkdaşlıqdan imtina etdi
Latviya, Kanada və İsveçrə 2024-cü ildə siyasi səbəblərə görə Rusiya ilə hüquqi əməkdaşlıqdan imtina edib.
TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru”ya Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat verib.
Üç ölkənin səlahiyyətli orqanları Rusiya tərəfinin hüquqi yardımla bağlı müraciətlərini rədd edib.
Cinayət törətməkdə ittiham olunan Rusiya vətəndaşlarının ekstradisiyası ilə bağlı müraciətlər də rədd edilib. Rusiyadan gələn 67 müraciətdən 14-ü Avstriya, Almaniya, Polşa, Slovakiya, Sloveniya, Finlandiya və Çexiyanın səlahiyyətli orqanları tərəfindən siyasət motivləri ilə izah edilib. 19 müraciət üzrə xarici dövlətlər imtinanın səbəblərini ümumiyyətlə göstərməyib.
Eyni zamanda, bir sıra ölkələr isə hələ də cinayətkarlıqla mübarizədə Rusiya ilə əməkdaşlığı davam etdirir. Səkkiz ay ərzində 120 təqsirləndirilən şəxs ekstradisiya edilib.
Töhfə Səməd
tag: Latviya,Kanada,İsveçrə,Rusiya,Əməkdaşlıq,İmtina,todaypress.az,