Üç minə yaxın şirkət müflis oldu
2024-cü ilin 11 ayı ərzində Finlandiyada 2829 şirkət müflis olub.
TodayPress xəbər verir ki, bu barədə “Kauppalehti” nəşri məlumat yayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12,4 faiz artıb.
Qeyd olunub ki, 2024-cü ildə orta hesabla hər ay 260 şirkət iflas proseduruna başlayıb. Dekabrda belə göstəricilər müşahidə olunarsa, ilin sonuna kimi 3 min 100-ə yaxın şirkət müflis elan olunacaq.
Günəş Mərd
tag: Finlandiya,Şirkət,İflas,todaypress.az,