Üç alpinist itkin düşdü

Dünya

04.12.2024 09:48

Yeni Zelandiyanın Kuk dağında iki ABŞ və bir Kanada vətəndaşı itkin düşüb. 

TodayPress xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. 

Xilasedicilər itən alpinistlərin axtarışına başlayıblar. Qeyd olunub ki, pis hava şəraiti artıq ikinci gündür axtarış işlərinə mane olur. 

ABŞ vətəndaşları Kurt Blair (56 yaş) və Carlos Romero (50 yaş), eləcə də kanadalı (adı və yaşı dəqiqləşdirilməyib) 3724 metr hündürlüyü fəth etmək üçün noyabrın 30-da Kuk dağına yollanıb. 

Xilasedicilər apinistlərə aid olduğu ehtimal olunan bir neçə əşya - buz baltası və gödəkçə tapıblar. 

Axtarışlar davam etdirilir.  

Günəş Mərd

tag: ABŞ, Kanada, Alpinist,Kurt Blair, todaypress.az,