Tverə PUA hücumu oldu - Sakinlər təxliyə edildi
Dünya
18.09.2024 09:17
Rusiyanın Tver vilayətinin
Toropets şəhərinə PUA hücumu edilib.
TodayPress xəbər
verir ki, bu barədə regional administrasiyasının sosial şəbəkədə yaydığı məlumatda
deyilir.
“Hörmətli Toropets
sakinləri. Şəhərdə qismən mütəşəkkil evakuasiya aparılır. Vəziyyət nəzarət
altındadır” deyə administrasiyadan bildirilib.
Məlumata görə, hücum
nəticəsində şəhərdə yerləşən sursat anbarında güclü partlayış və yanğın baş
verib.
Yanğın təhlükəsi səbəbindən
Tver vilayətinin qubernatoru İqor Rudenya Toropets şəhərinin əhalisinin bir
hissəsinin təxliyə olunmasını əmr edib. Sakinlərin təxliyəsi üçün qaynar xətt təşkil
edilib.
Rusiya Teleqram
kanalları yazır ki, yerli sakinlər qonşu Qərbi Dvina şəhərinə köçürülür. Bu şəhərdə
də uşaq bağçaları və məktəblərin fəaliyyəti dayandırılıb.
tag: Rusiya ,Tver ,Toropets ,Dron ,Hücum ,todaypress.az,