Tusk Avropanı Rusiyaya qarşı bir yumruq olmağa səslədi
Dünya
27.11.2024 18:24
Polşanın baş naziri Donald Tusk Baltik dənizini Rusiya təhlükəsindən qorumaq üçün yeni Dəniz Polisi patrul missiyasının yaradılmasını təklif edib.
TodayPress xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Polşa hökuməti başçısının sözlərinə görə, bu təşəbbüs Baltik dənizində fəaliyyət göstərən və Rusiya tərəfindən təhlükə hiss edən ölkələr arasında birgə müəssisə olacaq.
“Avropa birləşsə, texnoloji, maliyyə və iqtisadi cəhətdən Rusiyadan qat-qat üstün olar. Yox, əgər Avropa öləkələri fərdi hərəkət etsə, o zaman əksinə Rusiya qalib gələcək” deyə Donald Tusk bildirib.
Töhfə Səməd
tag: Polşa, Tusk, Rusiya, Baltik, Avropa, todaypress.az,