Türkmənistan prezidenti Rusiyaya getdi

Dünya

09.05.2025 10:30

10

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunan tədbirlərdə iştirak etmək üçün Rusiyaya gedib. 

TodayPress xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Onunla yanaşı, 27 ölkənin lideri Moskvadadır.

Qonaqlar üçün Kremldə rəsmi ziyafət təşkil olunub. Rusiya prezidenti Vladimir Putin tədbirdən sonra liderlərlə şəxsən vidalaşıb.

Qeyd edək ki, xarici ölkələrin liderləri mayın 9-da səhər Qırmızı Meydanda keçiriləcək Qələbə Günü paradında toplaşacaqlar. 

Türkan İsgəndərli

tag: Rusiya,Türkmənistan,Parad,Qələbə günü,todaypress.az,