Türkmənistan Moskva uçuşlarını dayandırdı
Dünya
28.12.2024 17:36
Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reyslər dekabrın 30-dan etibarən bir ay müddətinə ləğv edilib.
TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə "Türkmənistan" aviaşirkəti məlumat yayıb.
"Türkmənistan" aviaşirkəti 30.12.24-31.01.25 tarixləri arasında Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə müntəzəm reyslərin ləğv edildiyini bildirir. Siz pullarınızı tam həcmdə geri ala bilərsiniz" məlumatda qeyd olunub.
tag: Aşqabad, Moskva ,Marşurut ,Aviaşirkət, todaypress.az,