Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başladı
Türkiyənin Dəməşqdəki səfirliyi 12 ildən sonra fəaliyyətə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb.
Səfirlik binasından Türkiyə bayrağı asılıb. Burhan Koroğlu Türkiyənin Dəməşqdəki səfirliyin müvəqqəti işlər vəkili təyin edilib.
Qeyd edək ki, Türkiyənin Dəməşqdəki səfirliyi Suriyada baş verən hadisələrlə bağlı 26 mart 2012-ci il tarixində fəaliyyətini dayandırmışdı.
tag: Türkiyə,Suriya,Dəməşq,Səfirlik,Todaypress.az,