Türkiyənin Muğla vilayətində meşə yanğınları başladı

Dünya

18.10.2024 07:19

1223

Türkiyənin Muğla vilayətinin Ortaca və Dalaman rayonlarında meşə yanğınları başlayıb.

TodayPress bu barədə Türkiyə mətbuatına istinadən yazıb.

Məlumata görə, hadisə ilə əlaqədar əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Qeyd edilir ki, ərazidəki güclü külək səbəbindən alov sürətlə yayılır.

Yerli sakinlər də yanğınların söndürülməsinə kömək edir.

tag: Türkiyə, Muğla, Yanğın,Dalaman, todaypress.az,