“Türkiyənin mövqeyi münasibətlərimizi korlamayacaq”
Dünya
17.06.2024 14:55
İsveçrə sammitinin kommünikesini imzalayan Macarıstan, Serbiya və Türkiyənin mövqeyi onların Rusiya ilə münasibətlərini korlamayacaq.
TodayPress-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. O, qeyd edib ki, Ukrayna ilə bağlı İsveçrə konfransının effektivliyi sıfıra bərabərdir:
“İsveçrədə keçirilən sammitdə bir çox ölkələr Ukrayna məsələsinin Rusiyasız müzakirə edilməsinin perspektivli olmamasından danışıb. Kremldə bu məsələ qeyd edilib”.
tag: Türkiyə, İsveçrə, Macarıstan, Serbiya, Türkiyə, todaypress.az,