Türkiyənin məşhur müğənnisi Ferdi Tayfur vəfat etdi

Dünya

02.01.2025 22:10

Türkiyənin məşhur müğənnisi, bəstəkar, kinorejissor və aktyor Ferdi Tayfur vəfat edib.

TodayPress bu barədə yerli mətbuata istinadən xəbər verir.to

Məlumata görə, o, Antalyada dünyasını dəyişib. Qeyd edək ki, müğənni buradakı xəstəxanada müalicə olunurdu.

Bir neçə dəfə mükafat qazanan müğənni bəstələdiyi musiqilərlə məşhurlaşıb, eyni zamanda bir sıra filmlərə çəkilib. O, 60-dan çox musiqi albomu buraxıb və 41 film çəkib, 35 mükafat qazanıb. Eyni zamanda özünün səsyazma şirkətini yaradıb.

tag: Antalya, Türkiyə, Ferdi Tayfur, Vəfat, todaypress.az,