Türkiyənin ilk milli rabitə peyki kosmosa buraxıldı
Dünya
09.07.2024 12:13
Türkiyənin ilk yerli və milli rabitə peyki “Türksat 6A” bu gün ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” Kosmik Qüvvələri Stansiyasından kosmosa buraxılıb.
TodayPress xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar bir neçə dəfə təxirə salınan buraxılış əməliyyatında ləngimələr baş verib.
“Türksat 6A” kosmosa müvəffəqiyyətlə göndərildikdən sonra stansiyalar vasitəsilə bütün orbit və alt sistem yoxlamaları aparılacaq və peyk 42 şərq uzunluğunda xidmət göstərəcək. Milli rabitə peyki 20 ötürücü ilə təchiz ediləcək. Peyk 1 ay sınaq müddətindən keçdikdən sonra istifadəyə buraxılacaq.
Töhfə Səməd
tag: Türkiyə, Anadolu, Peyk, Türksat 6A, Kosmos, todaypress.az,