Türkiyənin iki fərqli bölgəsində zəlzələ oldu

Dünya

12.07.2024 11:15

Aralıq dənizi və Türkiyənin Elazığ bölgəsində zəlzələ olub.

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki, yerin 7,91 kilometr dərinliyində Aralıq dənizində qeydə alınan zəlzələ 4 maqnitudada olub. Elazığda isə 8,35 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentri Elazığın Kovancılar rayonu olub və 3,5 bal gücündə qeydə alınıb. 

Təlafat və dağıntı barədə məlumat verilməyib. 

Töhfə Səməd

tag: Türkiyə, Zəlzələ, Dağıntı, Təlafat, Aralıq Dənizi, todaypress.az,