Türkiyənin dövlət bankı da Rus rubluna qadağa qoydu
Türkiyənin “Ziraat” bankı rubl hesablarının açılmasını dayandırıb.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.
Bildirilib ki, hələ ki bank bu qərarın səbəblərini açıqlamayıb.
Türkiyənin özəl bankları isə qeyd ediblər ki, əmanətlərə görə rubl hesabları açmaq nəzəri cəhətdən mümkündür, lakin dövlət kredit təşkilatları bundan imtina edirlər.
Artıq rublla hesabı olan müştərilərə vəsaiti türk lirəsinə çevirməkləri təklif edilir.
Töhfə Səməd
tag: Türkiyə, Rubl, Ziraat, Hesablar, todaypress.az,