Türkiyənin Dəməşqdəki səfirliyi fəaliyyətə başlayacaq
Dünya
14.12.2024 01:05
Türkiyənin Suriyadakı
səfirliyi 12 illik fasilədən sonra dekabrın 14-də fəaliyyətini bərpa edəcək.
TodayPress xəbər verir ki, bu
barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “NTV” kanalında bildirib.
"Bu gün diplomatlarımız
yola düşüblər. Şənbə günü onlar öz işlərinə başlayacaqlar" o deyib.
Bundan əvvəl mətbuatda
Türkiyənin Mavritaniyadakı səfiri Burhan Koroğlunu Suriyadakı müvəqqəti işlər
vəkili təyin etdiyi barədə məlumatlar yayılmışdı.
Aynur TAC
tag: Türkiyə , Dəməşq, Nazir,Hakan Fidan, Səfirlik, todaypress.az,