Türkiyənin “Boyga” PUA-larının ilk ixracı baş tutdu

Dünya

09.07.2024 15:44

Türkiyənin “Boyga” Pilotsuz Uçuş Aparatlarının (PUA) ilk ixracı baş tutub.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Sözügedən PUA-lar Afrika ölkələrindən birinə satılıb.

Texnikaların tədarükünün bu il ərzində başa çatması planlaşdırılır.

Qeyd edək ki, “Boyga” 2022-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub. Bu texnikalardan terrorla mübarizədə, sərhəd əməliyyatlarında və beynəlxalq təlimlərdə fəal şəkildə istifadə olunur. “Boyga” sonuncu dəfə "EFES-2024" təlimlərində istifadə olunmuş və hədəfləri vurmuşdu.

tag: Türkiyə, Boyga, PUA, Afrika, Əməliyyat, todaypress.az,