Türkiyəli nazir: Azərbaycanla Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir
Dünya
24.12.2024 22:11
Zəngəzur dəhlizi ilə bağlı Türkiyə
Azərbaycanla müzakirələri davam etdirir.
TodayPress "Anadolu"ya istinadən xəbər verir
ki, bunu Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu
Ankarada "Türkiyə əsri"ndə nəqliyyat dəhlizləri və tranzit
daşıma" mövzulu konfransda çıxışında deyib.
O bildirib ki, Türkiyə müxtəlif vasitələrlə Orta dəhlizin
effektivliyini artırmağa çalışır.
Nazirin sözlərinə görə, belə layihələrdən biri də
Zəngəzur dəhlizidir.
tag: Nazir, Türkiyə, Zəngəzur, Uraloğlu, Tranzit, todaypress.az,